Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

5 Avqust, 2025 - 17:42
Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 
Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələbələrdən 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etməlidirlər.

Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcəkdir.