"Tələbələrin yay düşərgəsi"nə start verilib

7 Sentyabr, 2026 - 15:50
"Tələbələrin yay düşərgəsi"nə start verilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə bu gündən "Təhsil" İstirahət Mərkəzində "Tələbələrin yay düşərgəsi"  fəaliyyətə başlayır.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Şəhərsalma və memarlıq “ ili çərçivəsində  700-ə yaxın tələbəni bir araya gətirən düşərgə 7–12 sentyabr tarixlərində təlimlər, panel müzakirələri, intellektual oyunlar, idman yarışları və komanda quruculuğu fəaliyyətləri ilə yadda qalacaq.