Tərəfdaş şirkətlərlə peşə təhsilinin inkişafı müzakirə edilib
Peşə Təhsili İnkişaf Fondu ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində tərəfdaş şirkətlərlə yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş görüş/infotur keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı peşə təhsilinin inkişafı, real istehsalat mühiti ilə əlaqələrin gücləndirilməsi, tələbələrin praktiki bacarıqlarının artırılması, eləcə də gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Bu cür görüşlər əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təmin olunmasına və dayanıqlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verir.



