TİF-də tədqiqatçılarla görüş keçirilib

25 Fevral, 2026 - 16:43
TİF-də tədqiqatçılarla görüş keçirilib

Təhsilin İnkişafı Fondunun rəhbər və nümayəndələri bir qrup tədqiqatçı ilə görüş keçirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Almaniyanın Heydelberq Universitetinin Mannhaym Tibb fakültəsində nanodaşıyıcıların hazırlanması üzrə qrup rəhbəri, Priv.-Doz. Dr.med. Vüqar Yaqublu, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzinin elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova, Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova, İstanbul Universitetinin Təbiət elmləri üzrə magistratura İnstitutunun molekulyar biologiya və genetika bölməsinin doktorantı Toğrul Sadıxov iştirak edib.

Tərəflər arasında elm və ali təhsil sahəsində əməkdaşlıq imkanları, fənlərarası tədqiqat təşəbbüsləri, gənc alimlərin hazırlanması və beynəlxalq elmi şəbəkələrə inteqrasiyası məsələləri müzakirə olunub. Xüsusilə innovativ tədqiqat istiqamətlərinin inkişafı, birgə layihələrin həyata keçirilməsi, elmi potensialın gücləndirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli ölkədə tədqiqat mühitinin inkişafı, doktorantura təhsilinin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.Tədqiqatçılar isə öz növbəsində əməkdaşlıq çərçivəsində elmi bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, Alman–Transxəzər Regional Nanodaşıyıcı Tədqiqat və İnnovasiya Şəbəkəsi haqqında geniş məlumat veriblər.

Görüş zamanı əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

TİF-də tədqiqatçılarla görüş keçirilib
TİF-də tədqiqatçılarla görüş keçirilib
TİF-də tədqiqatçılarla görüş keçirilib