Türkiyə ilə birgə yaradılacaq peşə müəssisələrində 5 ixtisas üzrə qəbul aparılacaq

23 İyul, 2026 - 11:43
Türkiyə ilə birgə yaradılacaq peşə müəssisələrində 5 ixtisas üzrə qəbul aparılacaq

Azərbaycanda Türkiyə ilə birlikdə peşə təhsili müəssisəsi yaradılacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.

İ.Bayramlı bildirib ki, yaradılacaq 2 müəssisədən birinin Bakıda, digərinin Quba şəhərində açılması nəzərdə tutulub: “Bu müəssisələrdə 5 ixtisas üzrə qəbul aparılması planlaşdırılır”.