Türkiyədə doktorantura üzrə oxumaq istəyənlərin DİQQƏTİNƏ!
Türkiyənin ali təhsil müəssisələrində 2026-2027-ci tədris ili üçün doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təqaüd proqramı üzrə müraciətlər üçün son tarix 20 fevral 2026-cı il müəyyən edilib.
Qeyd edək ki, proqrama müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə elektron müraciət üçün son tarix isə 2 mart 2026-cı il təyin edilib.
Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. https://htp.edu.az/.../565a5b6667a54aa7955f53e0f6782240.pdf



