Türkiyədən İrana uzanan nəhəng geoloji çat aşkarlanıb

13 Fevral, 2025 - 23:03
Türkiyədən İrana uzanan nəhəng geoloji çat aşkarlanıb
Türkiyədən İrana uzanan nəhəng geoloji çat aşkarlanıb

Almaniyalı alimlər Türkiyənin cənub-şərqindən İranın şimal-qərbinə qədər uzanan, təxminən 1500 km uzunluğunda geoloji qırıq aşkar ediblər.

"Azərbaycan müəllimi" xarici mətbuata istinadən xəbər verir ki, bu kəşf İraqdakı Zaqros dağ silsiləsinin son 20 milyon ildə Yer səthinə təsirini araşdıran tədqiqatçılar tərəfindən edilib.

Mütəxəssislər çatın qədim Tetis okeanının okean plitəsinin qalıqlarının çökməsi nəticəsində yarandığını bildirirlər. Professor Renas Koşnau bu qırığın bölgəni aşağıya doğru çəkdiyini və Türkiyədən İraqa qədər uzandığını qeyd edib.

Əgər çat genişlənməyə davam edərsə, Bitlis-Zaqros dağ silsiləsinin cənubundakı şəhərlərə ciddi təhlükə yarada bilər. Bunun nə vaxt baş verəcəyini isə dəqiq proqnozlaşdırmaq mümkün deyil.