Turxan Süleyman: Ali məktəblərdə doktorantlar yalnız dövlət sifarişi ilə təhsil alacaqlar
“2026–2027-ci tədris ili üçün də ali təhsil müəssisələrinin doktoranturalarına qəbul olacaq namizədlərin yalnız dövlət sifarişi hesabına təhsil almaları proqnozlaşdırılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman söyləyib.
Şöbə müdirinin sözlərinə görə, son 2 ildə doktorantura səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olan bütün doktorantlar yalnız dövlət sifarişi hesabına qəbul edilib:
“Son 2 ildə doktorantura səviyyəsi üzrə yalnız fəlsəfə doktoru proqramı üzrə qəbul aparılır və növbəti ildə bu ənənə davam etdiriləcək”.



