Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

12 Dekabr, 2025 - 18:52
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Fərhad Bədəlbəyli Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında olan xidmətlərindən söz açıb. 
 
Mərasimdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Ümummilli Lider  Heydər Əliyevin mədəniyyət sahəsinə bağlılığından, Ulu Öndərin daima mədəniyyət xadimlərinə olan diqqətindən danışıb.  
 
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivinin, eləcə də ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi mərasimdə çıxışlardan sonra mahnı və romanslar səsləndirilib.