UNEC-də "Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu" keçiriləcək

29 Aprel, 2025 - 12:28

UNEC-in Təcrübənin Təşkili şöbəsi və "INNAB Business School"un birgə təşkilatçılığı ilə 29 May tarixində "Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu" keçiriləcək.

Bu barədə “Azərbaycan müəllimi”nə UNEC-dən məlumat verilib.

Bildirilib ki, bu forum təhsil, təcrübə və karyera mövzusunda dəyərli dialoqlar üçün əvəzolunmaz bir fürsət təqdim edəcək.

Forumda:

  • Təhsil və iş dünyası bir araya gələcək;
  • Əmək bazarının real ehtiyacları müzakirə olunacaq;
  • Peşəkarlarla canlı workshoplarda biliklər paylaşılacaq;
  • Gənclər üçün fürsətlər və əlaqələr yaradılacaq.

Əsas istiqamətlər:

  • Universitetlərlə işəgötürənlər arasında körpü qurmaq;
  • Gənclərin peşəkar inkişafına dəstək olmaq;
  • Şəbəkələşmə, təcrübə və inklüziv imkanlar;
  • Peşəkar mütəxəssislərin təqdimatında workshoplar.

Tədbir hibrid formatdadır - istər UNEC-də, istər dünyanın istənilən nöqtəsindən onlayn şəkildə iştirak etmək olar.

Forumda iştirak etmək arzusunda olanlar bu linkdən qeydiyyatdan keçə bilərlər.