UNEC komandası nəqliyyat sektorunda innovativ layihəsi ilə I yeri qazandı
UNEC komandası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə “Openwave” Açıq İnnovasiya proqramı çərçivəsində keçirilən “TransportTech” hakatonunun qalibi olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, hakaton çərçivəsində iştirakçılar AYNA tərəfindən təqdim olunan məlumatlar əsasında nəqliyyat sektorundakı problemlərə innovativ həllər hazırlayıblar, prototiplərini formalaşdıraraq münsiflər heyətinə təqdim ediblər.
UNEC komandasının hazırladığı prototip münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I yerə layiq görülüb.
Komandamızın üzvləri Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasının tələbələri İlkin İsmayılov, Məhəmməd Nəzərli, Aydın Əliyev və SABAH qrupunun “Menecment” ixtisası üzrə təhsil alan tələbə Atabəy Əsgərovdur.




