UNEC THE WUR 2027 reytinqində ölkə üzrə birinci olub

30 Sentyabr, 2026 - 18:01
UNEC THE WUR 2027 reytinqində ölkə üzrə birinci olub

"Times Higher Education" Dünya Universitetləri Reytinqi 2027 (THE WUR 2027) açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, THE WUR 2027-də universitetlərin sayı 2191-dən 2297-ə, ölkələrin sayı isə 115-dən 118-ə artıb. UNEC dünya universitetləri arasında 701-800-cü ən yaxşı universitet səviyyəsinə yüksəlib.

Bu göstərici ilə UNEC Azərbaycanda və Cənubi Qafqazda birinci, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə isə 13-cü ən yaxşı universitet olub.

UNEC THE WUR 2027 reytinqində ölkə üzrə birinci olub
UNEC THE WUR 2027 reytinqində ölkə üzrə birinci olub