Universitetlər iqlim dəyişikliyi üzrə elmi tədqiqat işlərini gücləndirə bilərlər - “UI GreenMetric”in sədri

23 Sentyabr, 2026 - 10:33
Universitetlər iqlim dəyişikliyi üzrə elmi tədqiqat işlərini gücləndirə bilərlər - “UI GreenMetric”in sədri

“Universitetlər iqlim dəyişikliyi sahəsində bütün problemləri həll etməyə məcbur deyil. Onlar bu sahədə elmi tədqiqat işlərini gücləndirərək vəziyyəti daha dərindən öyrənə bilərlər”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu "UI GreenMetric Dünya Universitetləri Reytinqi"nin sədri doktor Vişnu Cuvono “GreenMetric Sustainable University Rankings 2026 Results & Ceremony” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qlobal göstəricilər ötən il ən isti ilin olduğunu deməyə əsas verir:

"Bu sahədə ali təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılması da əsasdır. Bugünkü mərkəzi arqument odur ki, universitetlər keçid mərhələsinin hissəsi kimi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin potensialı ilə biz quruculuq işlərini həyata keçiririk".

O qeyd edib ki, universitetlər maliyyə boşluğunu özləri aradan qaldıra bilməzlər. Onlar bilik və bacarıqlarla bağlı boşluqları aradan qaldıra bilərlər.