Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib

4 Mart, 2026 - 17:53
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib

Azərbaycanın ali təhsil müəssisələrinin bütün fakültələrində idarəetmə dərslərinin keçirilməsi təklif olunub.

"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxış edib.

Onun sözlərinə görə, idarəetmə özü bir elmdir:

"Ona görə də ölkədəki universitetlərin bütün fakültələrində idarəetmə dərsləri keçirilməsi yaxşı olardı".