Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi planlaşdırılır

22 Yanvar, 2026 - 14:27
Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi planlaşdırılır

Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.

"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin illik konfransında məlumat verilib.

Qeyd edilib ki, bununla bağlı Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.