“Uşaqlar öyrənirsə, təlim nəticələri varsa, təhsil yaxşıdır” – Nazir
"Əgər uşaqlar öyrənirsə, təlim nəticələri varsa, təhsil yaxşıdır".
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, böyük gözləntilər formalaşdırmaq doğru olmaz:
"Bugünkü təqdimatlar əsasında kifayət qədər müxtəlif istiqamətlər, alətlər və görülən işlərlə bağlı fikirlərimizi paylaşdıq. Mənim bu gün demək istədiyim bir neçə fikir var. Birinci və ən başlıca fikir məqsədləri və alətləri bir-birindən ayırmaqdır. Çünki biz uzun müddət müxtəlif alətlər haqqında danışa bilərik. Amma məqsədləri unutduqda və yaxud məqsədlərlə alətlər arasında əlaqəni düzgün qurmadıqda, prinsip etibarilə, yerimizdə saya bilərik".




