Xaçmaz Peşə Liseyinin 4 əməkdaşı Bakıya gələrkən qəzaya düşüb

16 Oktyabr, 2024 - 16:50

Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində Xaçmaz Peşə Liseyinin Bakı şəhərinə ezam olunan 4 əməkdaşının olduğu avtomobil qəzaya uğrayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan əməkdaşlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Qeyd olunub ki, məsələ Peşə Təhsili üzrə Dövlət Agentliyinin diqqətindədir.