Xankəndi məktəbində vakansiya - qeydiyyat başlayıb

26 May, 2026 - 13:25
Xankəndi məktəbində  vakansiya

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbində  vakant hərbi rəhbər vəzifəsinə işə qəbul müsabiqəsində iştirak üçün qeydiyyat başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, müraciət etmək istəyən şəxslər 5 iyun tarixinədək qeydiyyatdan keçə bilərlər. 
İşə qəbul müsabiqəsində ali və ya orta ixtisas təhsili hərbi, ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər iştirak edə bilərlər.

Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olacaq. Test mərhələsində namizədlərə  ixtisas, məntiqi təfəkkür və İKT bacarıqlarını yoxlayan test tapşırıqlarından ibarət olmaqla suallar təqdim ediləcəkdir.

Müraciət etmək istəyən namizədlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/rf8N9FQtoiXQHZja7
Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət

Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər.