Xankəndidə I Qarabağ Təhsil Forumu keçirilib

25 Aprel, 2026 - 19:20
Xankəndidə I Qarabağ Təhsil Forumu keçirilib

Aprelin 26-da Qarabağ Universitetində Pedaqoji fakültənin təşkilatçılığı ilə  I Qarabağ Təhsil Forumu keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edən  Qarabağ Universitetinin rektoru Şahin Bayramov Qarabağda əsas hədəflərdən birinin elm və təhsilin inkişafına töhfə vermək olduğunu bildirib.

Rektor qeyd edib ki, pedaqoji fəaliyyətin yüksək səviyyədə təşkili, gənc nəslin Qarabağın inkişafına hazırlanması və tələbələrin gələcəkdə müxtəlif təhsil müəssisələrində səmərəli fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 

Sonra çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev bildirib ki,  Azərbaycan müəlliminin rolu insan kapitalının formalaşdırılmasında əsas və aparıcı qüvvə kimi xüsusi əhəmiyyət daşıyır.

O da qeyd olunub ki, son dövrlərdə təhsilin keyfiyyəti, müəllim hazırlığı və məktəblərdə pedaqoji fəaliyyətlə bağlı aparılan ictimai müzakirələr cəmiyyətin bu sahədən gözləntilərinin yüksək olduğunu göstərir.

Forumda çıxış edən  TİSA-nın direktoru Angela Romney,  Baku-Oksford Məktəbinin orta təhsil üzrə direktor müavini Rəna Ələsgərova, TİSA-nın ümumməktəb fəaliyyətləri üzrə direktor müavini Rebecca Greenall müasir təhsildə yanaşma, müəllimlərin şagirdlərlə güclü münasibət qurma bacarığı, biliklərin şagirdlərə effektiv şəkildə çatdırılması və mənimsəliməsi mövzularına toxunublar.

Forumda 2 panel üzrə müzakirələr təşkil “Təhsilin keyfiyyətinin artırılması” panelində “Məktəblər və universitetlər təhsilin keyfiyyətini artırmaq üçün necə əməkdaşlıq edə bilərlər?”, “Hansı keyfiyyətlərə sahib olan abituriyentlər ali təhsil pilləsində uğurlu olurlar?”, “Məktəb və universitet əməkdaşlığının mövcud vəziyyətini necə qiymətləndirilməsi”, “Müəllim yalnız bilik ötürən olmalıdır, yoxsa eyni zamanda araşdıran bir mütəxəssis?”, “Məktəb müəllimlərinin universitetlərdə aparılan tədqiqatlara qoşulması nə dərəcədə faydalı ola bilər?” mövzusunda TİSA-nın direktoru Angela Romney, MTK-nın baş icraçı direktoru Tural Abbasov, ADA universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova və Bakı şəhər 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılova sualları  cavablandırıb. 

Digər paneldə isə “ Şagirdləri müxtəlif mədəni və coğrafi mühitlərdə əməkdaşlığa necə hazırlaya bilərik?”, “Süni intellektin dərhal cavablar təqdim etdiyi bir dövrdə “əsas biliklər” anlayışı necə dəyişməlidir?”, “Şagirdlərə “öyrənməyi öyrənmək” kimi meta-bacarıqları necə aşılaya bilərik ki, gələcəkdə peşələri dəyişdikdə uyğunlaşa bilsinlər? “, “Ənənəvi qiymətləndirmə sistemi tələbənin gələcək uğur potensialını ölçmək üçün hələ də etibarlıdırmı?”mövzuları üzrə Avropa Azərbaycan Məktəbinin direktor müşaviri Asif Cahangirov, Landau Akademiyasının rəhbəri Ləman Bayramlı Pirs, “Oxbridge Academy”nin icraçı direktoru Güney Cəfərova, TİSA-nın ümumiməktəb fəaliyyətləri üzrə koordinatoru Rebecca Greenall, “Baku-Oxford School”un tam orta təhsil üzrə direktor müavini Rəna Ələsgərova öz təcrübələrini bölüşüblər.

Yekunda iştirakçılar üçün panel seminarlar təşkil edilib. 
 
Qeyd edək ki, forumda Ağdam, Şuşa, Xankəndi və Xocalı məktəblərinin 115 müəllimi də iştirak edib.