Xüsusi kateqoriyadan olan uşaqlar şəhid Elcan Balabəylinin ailəsini ziyarət ediblər  

25 Sentyabr, 2026 - 17:32
Xüsusi kateqoriyadan olan uşaqlar şəhid Elcan Balabəylinin ailəsini ziyarət ediblər  

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi kateqoriyadan olan uşaqlar üçün ekskursiya təşkil edilib.

“Azərbaycan müəllimi” Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə  istinadən xəbər verir ki, ekskursiya zamanı şəhid uşaqları, qazilərin övladları, valideyn himayəsindən məhrum olmuş, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanına, Naxçıvan Xatirə Muzeyinə, Zəfər Parkına və Döyüş Şöhrəti Muzeyinə baş çəkiblər. Ekskursiya zamanı hər bir məkan haqqında məlumatlar uşaqlara maarifləndirici formada təqdim edilib.

Daha sonra xüsusi kateqoriyadan olan uşaqlar şəhid Elcan Balabəylinin ailəsini ziyarət ediblər. Ziyarət zamanı uşaqlar şəhidin həyat və döyüş yolu ilə tanış olublar. Şəhidin ailə üzvləri uşaqlara Elcan Balabəyli haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, Elcan Vasif oğlu Balabəyli 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə orta təhsil alıb. O, təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
 “Qüsursuz xidmətlərə görə” və “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.

Elcan Vətən müharibəsində qəhrəmancasına iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elcan Balabəyli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Elcan Balabəyli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

 Sonda  uşaqlar ekskursiyadan zəngin təəssüratlarla ayrılaraq  onlar üçün təşkil olunan bu maarifləndirici və yaddaqalan səfərdən məmnun qalıblar.