Yeni yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi - QƏRAR

24 İyul, 2026 - 15:36
Yeni  yaradılan ixtisasın illik təhsil xərci müəyyənləşdi

"Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, riyaziyyat-kimya (RK) altqrupuna "Daşınmaz əmlakın idarə olunması” ixtisası əlavə edilib.

Həmçinin "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nda edilən dəyişikliyə görə, bu ixtisas üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı 2 300 manat müəyyən edilib.