“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın ilk günü yekunlaşıb

4 Dekabr, 2025 - 18:38

Dekabrın 4-də görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın ilk günü yekunlaşıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub.

Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Sonra akademik Yusif Məmmədəliyevin məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən açılış mərasimindən öncə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. 

Konfransın rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Daha sonra akademik Yusif Məmmədəliyevə dair video nümayiş olunub. 

Mərasimin rəsmi açılış hissəsində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Yusif Məmmədəliyevin elmi irsi bu gün kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur. 

Elm və Təhsil Nazirliyinin elmin populyarlaşdırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, geniş tədqiqatçı kütləsinin dəstəklənməsi istiqamətində ardıcıl addımlar atdığını vurğulayan Emin Əmrullayev qeyd edib ki, bu çərçivədə akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətlə elm və təhsil müəssisələrində onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən tədbirlər təşkil olunur, tələbələrə müvafiq mövzular üzrə tədqiqat tapşırıqları verilir.

Elm və təhsil naziri Yusif Məmmədəliyev adına müxtəlif tədqiqat qrantlarının, təqaüdlərin və gənc alimləri dəstəkləyən digər alətlərin hazırlanmasının həmin irsin davamlı şəkildə yaşadılmasına mühüm töhfə olacağını qeyd edib. 

Emin Əmrullayev bildirib ki, növbəti ildən başlayaraq Yusif Məmmədəliyev adına kimya olimpiadasının keçirilməsi planlaşdırılır. Olimpiada həm Azərbaycan, həm də region ölkələrinin şagirdlərini əhatə edəcək. 

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin elm siyasəti və qayğısı nəticəsində Azərbaycan alimləri öz yaradıcı fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verirlər. 

Akademik Yusif Məmmədəliyevin ölkəmizdə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, görkəmli alim AMEA-nın prezidenti kimi daim bu sahələrdə tədqiqatların aparılması və genişləndirilməsinə rəhbərlik edib. 

AMEA rəhbəri akademik Yusif Məmmədəliyevin ölkəmizdə elmlə təhsilin inteqrasiyasına da daim diqqət yetirdiyini, Bakı Dövlət Universitetinin rektoru olduğu illərdə daim elmi nailiyyətlərin təcrübədə sınaqdan keçirilməsinə çalışdığını söyləyib.

İsa Həbibbəyli sonda akademik Yusif Məmmədəliyevin elmi irsinin, tarixi nailiyyətlərinin, ixtiralarının, həyat fəaliyyətinin zəngin olduğunu, bu gün də bu sahədə gənc kadrların hazırlanmasına, onların gələcək fəaliyyətinə stimul verdiyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Rafael Hüseynov Yusif Məmmədəliyevin həyatı barədə maraqlı məqamları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Yusif Məmmədəliyevin mədəniyyətə bütün ruhu və varlığı ilə bağlı bir insan olduğunu deyən Rafael Hüseynov akademikin Bülbül, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi böyük mədəniyyət xadimləri ilə yaxın, mehriban dostluq münasibətlərindən danışıb. Qeyd edib ki, bu yaxınlıq onun daxildən gələn incə hissiyyatının, mədəniyyətə olan sevgisinin göstəricisi idi.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev isə çıxışında bildirib ki, Azərbaycanın ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla, bəlkə də, yüzlərlə dünyaşöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir. Azərbaycan xalqının elm və tərəqqi yolu ilə irəliləməsində akademik Yusif Məmmədəliyevin parlaq ideyalarının xüsusi rolunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu yolda Beynəlxalq Türk Akademiyası həm Azərbaycan elminin, həm də Türk dünyasının elminin inkişafına öz töhfəsini verməyə hazırdır.

Konfrans iştirakçılarını salamlayan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva ulu öndər Heydər Əliyev tərəfindən akademikin xidmətlərinin hər zaman yüksək dəyərləndirildiyini, bu gün də prezident İlham Əliyev tərəfindən akademikin xatirəsi və irsinə daim həssas münasibət göstərildiyini xüsusi vurğulayıb. Sevda Məmmədəliyeva akademikin xatirəsinə göstərilən böyük ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Konfransın əhəmiyyətinə toxunan Sevda Məmmədəliyeva çıxışında yubiley konfransının bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Qeyd edib ki, Yusif Məmmədəliyevin həyat yolu həm bir ideya, həm bir məktəb, həm də bir dəyər kimi yaşayır. Bu gün yüzlərlə alim, yüzlərlə tələbə bu məktəbin davamçısıdır.

Konfrans çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və UNESCO-nun baş direktorunun müavini Lidiya Britonun videomüraciəti dinlənilib. 

Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film də nümayiş edilib. 

Daha sonra yerli və xarici alimlər “AMEA-nın Yusif Məmmədəliyev döş nişanı” və “AMEA-80” döş nişanı ilə təltif ediliblər. 

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini panel müzakirələrlə davam etdirib. 

Konfransın birinci günündə dünyanın müxtəlif elm mərkəzlərini təmsil edən tanınmış alimlərin iştirakı ilə “Yusif Məmmədəliyevin elmi, pedaqoji və təşkilati fəaliyyəti: Azərbaycan və dünya elminin inkişafına verilmiş töhfə”, “Kimya elmində müasir çağırışlar: varislik və innovasiyalar” və “Elmi irs və gələcəyin üfüqləri” mövzularında panel sessiyaları keçirilib. 

Qeyd edək ki, konfrans öz işini sabah da davam etdirəcək. 

Konfransın ikinci günündə Naxçıvanda akademikin abidəsinə, həmçinin Yusif Məmmədəliyevin ev-muzeyinə ziyarət nəzərdə tutulur.