Yusif Vəliyev: “GəncVizyon"un məqsədi innovativ nəslin formalaşmasına töhfə verməkdir

6 Fevral, 2026 - 17:09
Yusif Vəliyev: “GəncVizyon"un məqsədi innovativ nəslin formalaşmasına töhfə verməkdir

“Gənclər Günü münasibətilə Gənclər Fondu tərəfindən silsilə tədbirlər proqramları həyata keçirilib. İlk olaraq 3000-dən artıq gəncin iştirakı ilə Gənclər Festivalı təşkil olundu. Daha sonra ölkənin ən böyük fərdi intellektual yarışı keçirildi. Ötən gün inklüziv sahə üzrə “Gənc Talks” motivasiya proqramı baş tutdu. Bu gün isə məhz bu ideologiyanın davamı olaraq ideyaton keçirilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "GəncVizyon" ideyatonunun final mərhələsi zamanı jurnalistlərə açıqlamasında söyləyib. 

O bildirib ki, “GəncVizyon” ideyaton müsabiqənin keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin təşəbbüskarlığını inkişaf etdirmək və innovativ gənc nəslin formalaşmasına töhfə verməkdir:

“Fərdi intellektual yarışda 700-dən artıq gənc iştirak edib. Bu, Azərbaycanın tarixində geniş miqyasda keçirilən ilk fərdi intellektual yarış idi. İdeyatonda isə 500-ə yaxın gənc müraciət etmiş, onlardan 40 nəfər seçim mərhələsindən keçmişdir”.