Zaur İsayev: Pedaqoji inkişaf hələ arzuolunan səviyyədə deyil
“Dərsliklər tamamilə yeni yanaşma və öyrətmə üsulları əsasında hazırlanıb, məktəblərdə yeni strategiyalarla tətbiq edilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil TV-də yayımlanan “Təhsil saatı" verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyib.
O vurğulayıb ki, bu prosesdə müəllimlərin dərsliklərlə əvvəlcədən tanış olması və dərslərə hazırlıqlı gəlməsi əsas məqsəddir:
“Təəssüf ki, pedaqoji inkişaf hələ arzu olunan səviyyədə deyil və müəllimlər dərslik məktəbə çatdıqdan sonra fəaliyyətlərini ona uyğunlaşdırırlar.
O əlavə edib ki, Tədris Resursları Mərkəzi tərəfindən təşkil olunan təlimlər çərçivəsində müəllimlərin dərs keçmə metodikaları və dərslik yeniliklərinin daha fəal öyrənməsi təmin olunur.



