Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyunu keçirilib

7 Noyabr, 2025 - 11:22

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü münasibətilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, yarış AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilib.

Tədbirin açılışında AzMİU-nun ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Orxan Nağıyev çıxış edərək Zəfər Gününün tarixi mahiyyətini vurğulayıb. O qeyd edib ki, bu Qələbə Azərbaycan xalqının birliyi, dövlətçilik iradəsi və güclü siyasi liderliyin təcəssümüdür. Prorektor bildirib ki, bu kimi tədbirlər gənclərdə milli dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır.

İntellektual oyunda universitetin bütün fakültələrindən tələbə komandaları iştirak ediblər. Gərgin və maraqlı keçən yarışın nəticələrinə əsasən:

I yer – İnşaat fakültəsi
II yer – Mexanika və İnformasiya Texnologiyaları fakültəsi
III yer – Nəqliyyat fakültəsi

Qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.

Tədbirin sonunda iştirakçılar Zəfər Gününün gənclər üçün həm milli qürur, həm də birliyə çağırış günü olduğunu vurğulayıb, bu kimi tədbirlərin ənənəvi xarakter daşımasının vacibliyini qeyd ediblər.