Zəngilan, Qubadlı və Ağdamda da peşə məktəbləri yaradılacaq
Şuşa Dövlət Peşə Təhsil Mərkəzində əsaslı təmir, Füzuli Dövlət Peşə Təhsil Mərkəzində isə yenidənqurma işləri davam etdirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.
Nazir qeyd edib ki, Zəngilan, Qubadlı və Ağdam rayonlarında yerləşən peşə təhsili müəssisələri üzrə layihələndirmə işləri aparılır.



