Zhang Ling: Universitetlərarası əlaqələrin genişləndirilməsi önəmlidir
Hazırkı qlobal proseslər çərçivəsində universitetlərarası əlaqələrin genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi önəmlidir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Zhang Ling ADA Universitetində təşkil olunan "Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, "yaşıl" və dayanıqlı enerji sistemləri iqtisadi və ya texnoloji məfhum deyil, bu, ölkələrin dayanıqlılıq fəaliyyətinə aiddir:
"Müasir dövrdə universitetlər sadəcə bilik mənbəyi deyil. Burada gənclər həmçinin bacarıqlar və biliklərlə təchiz olunur. Müasir çağırışlar, qlobal proseslər çərçivəsində universitetlərarası əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır".
Baş katibin müavini qeyd edib ki, ADA Universitetinin AQEM-in Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasına sədrlik etməsi ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə, birgə layihələrin və elmi-tədqiqat təşəbbüslərinin genişlənməsinə əhmiyyətli töhfə verəcək.



