12 iyulda keçirilmiş qəbul imtahanının düzgün cavabları AÇIQLANDI

13 İyul, 2026 - 11:01
12 iyulda keçirilmiş qəbul imtahanının düzgün cavabları

12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb.

DİM-dən "Azərbaycan müəllim"nə verilən məlumata görə, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu - coğrafiya), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.