1855 şagird 200-dən çox bal topladı – Sumqayıt lider oldu
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 11-ci siniflərin buraxılış imtahanında 1 855 şagird 200 baldan yuxarı nəticə göstərib.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq idarədən bildirilib.
Onlardan 1 174 nəfəri Sumqayıt şəhərinin, 677 nəfəri Abşeron, 4 nəfəri isə Xızı rayonlarının payına düşür.
Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə XI sinif buraxılış imtahanında 3 nəfər şagird 300 bal toplayaraq maksimum nəticə göstərib.
Onlar Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Aydın Həsənli, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Samir Tağızadə, Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əli Əsgərovdur.



