196 dövlətdə Uşaqların Hüquqları Konvensiyası təsdiqlənib - Sofiya Kiladze
Bütün dövlətlər uşaqların hüquqlarını qorumaqda öncül rol oynamalıdır. Dövlət rəhbərliyi olmadan uşaqlar üçün davamlı nəticələr əldə etmək mümkün deyil. Lakin dövlətlər təkbaşına hərəkət edə bilməz. Səmərəli irəliləyiş beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, akademiya və uşaqların özləri ilə güclü əməkdaşlıq tələb edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri Sofiya Kiladze “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Qeyd olunub ki, BMT-nin Uşaqların Hüquqları Komitəsi uşaqların hüquqlarının beynəlxalq monitorinqində əsas mexanizm kimi çıxış edir. Komitə Uşaqların Hüquqları Konvensiyasının və onun Seçmə Protokollarının tətbiqinə nəzarət edir, bu sənədlər artıq 196 dövlət tərəfindən ratifikasiya edilib.


