24 mindən çox uşaq məktəbəqədər təhsilini icma əsaslı qrupda alıb

22 İyul, 2026 - 15:01
24 mindən çox uşaq məktəbəqədər təhsilini icma əsaslı qrupda alıb

2025-2026-cı tədris ilində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi ölkənin 13 regional təhsil idarəsi və Naxçıvan MR-in əhatə etdiyi inzibati ərazilərdə həyata keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin hesabatında öz əksini tapıb. 

Layihə çərçivəsində ümumilikdə 1 595 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərib. Qeyd olunan müddətdə 24 011 məktəbəqədər yaşlı uşaq keyfiyyətli məktəbəqədər təhsil xidmətləri ilə əhatə olunub.