80 məktəbdə peşə yönümlü qiymətləndirmə imtahanlarına start verilib
ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə təmayüllü siniflərin təşkil edildiyi 80 ümumi təhsil müəssisəsində təhsil alan XI sinif şagirdlərinin X sinifdə təhsil aldığı ixtisas üzrə qazandığı praktiki və yumşaq bacarıqların ölçülməsi məqsədilə qiymətləndirmə imtahanlarının keçirilməsinə başlanılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.



