9 peşə məktəbində adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur
Peşə təhsili sahəsində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 9 müəssisədə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

