ADA tələbəsi Kembricdə MPhil proqramına qəbul olunan ilk azərbaycanlı oldu
ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin sonuncu kurs tələbəsi Bülbül Zeynalova Kembric Universitetinin İctimai siyasət üzrə MPhil magistratura proqramına qəbul olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təhsili müddətində Bülbül Texas A&M Beynəlxalq Universitetində altı aylıq mübadilə proqramında iştirak edib, 29-cu Qərbi Hempşir Ticarət Konfransı çərçivəsində tədqiqat mükafatına layiq görülüb.
O həmçinin müxtəlif dövrlərdə Azərbaycanın ABŞ-dəkı və ABŞ-nin Azərbaycandakı səfirliklərində təcrübə keçib.
Qeyd edək ki, Bülbül Zeynalova bu proqram üzrə Kembric Universitetinə qəbul olunan ilk azərbaycanlı tələbədir.
MPhil (Master of Philosophy) tədqiqat yönümlü, adətən doktorantura səviyyəsinə hazırlıq mərhələsi hesab olunan magistr dərəcəsidir.



