Adını deyirsən, işıq yanır: Şagirdlərdən innovativ qlobus
Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən maraqlı və innovativ layihə hazırlanıb.
Adıçəkilən məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, məktəbin STEAM kabinetində IX sinif şagirdləri kodlaşdırma bacarıqlarından istifadə edərək qlobus üzərində interaktiv işıq sistemi qurublar. Layihə zamanı hər hansı ölkənin adı səsləndirildikdə həmin ölkəyə uyğun nöqtədə işıq yanır.
Hazırlanan layihə şagirdlərin texnologiya və yaradıcı düşünmə bacarıqlarının inkişafına, həmçinin onların elm və innovasiyaya marağının artırılmasına xidmət edir.



