ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib

4 Mart, 2026 - 17:42
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib

Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əcnəbi tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə universitetdə təhsil alan Türkiyədən olan tələbələrlə görüş keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşdə tələbələrin tədris prosesi, sosial-mədəni mühitə inteqrasiyası və universitetdəki gündəlik fəaliyyəti ilə bağlı fikir və təklifləri müzakirə olunub.

Tədbir zamanı tələbələr ADNSU-da təhsil təcrübələrini bölüşərək universitetdə yaradılan akademik mühit, beynəlxalq tələbələr üçün təmin edilən imkanlar və sosial fəaliyyətlər barədə düşüncələrini səsləndiriblər. Eyni zamanda onların təhsil və gündəlik həyatla bağlı qarşılaşdıqları məsələlər dinlənilib, irəli sürülən təkliflər, gələcək fəaliyyət planlarında nəzərə alınacağı bildirilib.

Görüşdə çıxış edən Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva universitet rəhbərliyinin beynəlmiləlləşmə strategiyası çərçivəsində xarici tələbələr üçün daha əlverişli akademik və sosial mühitin yaradılmasına xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, belə görüşlər tələbələrin universitet həyatına daha effektiv inteqrasiyası, onların ehtiyac və gözləntilərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səmimi və konstruktiv müzakirələr şəraitində keçən görüş tələbələrin universitet rəhbərliyi ilə birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi, həmçinin ADNSU-da təhsil alan beynəlxalq tələbələr arasında akademik və sosial əlaqələrin daha da gücləndirilməsi məqsədi daşıyıb.

Qeyd edək ki, ADNSU-da müxtəlif ölkələrdən olan yüzlərlə xarici tələbə təhsil alır və universitet beynəlxalq tələbələr üçün inklüziv, multikultural və akademik cəhətdən zəngin mühit yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.

ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib