ADNSU Neft-Kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq edəcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-nun rektoru ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Universitetin aidiyyəti struktur bölmə rəhbərlərinin də iştirak etdiyi görüşdə kimya istiqamətində birgə elmi layihələrin həyata keçirilməsi, elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri nəzərdən keçirilib.
Sonda tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.




