ADNSU-nun təşkilatçılığı ilə süni intellekt hakatonu keçirilib

12 Noyabr, 2026 - 13:34
ADNSU-nun təşkilatçılığı ilə süni intellekt hakatonu keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “TechConnect Week ’26” çərçivəsində şagird və tələbələr üçün “TechConnect AI Hackathon” keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-nun təşkilatçılığı, “AzInTelecom” şirkətinin sponsorluğu və "Cursor Community" ilə əməkdaşlıq çərçivəsində baş tutan hakatonda müxtəlif məktəb və universitetləri təmsil edən 100-ə yaxın gənc iştirak edib. Ümumilikdə 27 komanda hazırladıqları layihələrlə qalibiyyət uğrunda mübarizə aparıb.

ADNSU-nun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən hakatonun əsas məqsədi gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarını praktiki müstəvidə inkişaf etdirmək, onları real problemlərin həllinə yönəlmiş innovativ texnoloji layihələr hazırlamağa təşviq etmək olub. Hakatonun əsas mövzusu insan resurslarının idarə edilməsi (HR) proseslərinin süni intellekt vasitəsilə avtomatlaşdırılması olub.

İştirakçılar dörd istiqamət üzrə layihələr hazırlayıblar: AI-Powered CV Screening – süni intellekt vasitəsilə CV-lərin təhlili və vakansiyalara uyğun namizədlərin seçilməsi; ATS-Based CV Builder – CV-lərin işə qəbul sistemlərinin tələblərinə uyğun hazırlanmasına kömək edən alətlərin yaradılması; HR Workflow Automation – HR proseslərinin, sənədləşmə və iş axınlarının avtomatlaşdırılması; AI-Powered Talent Database – namizədlərin məlumat bazasının yaradılması və uyğun vakansiyalar üzrə namizədlərin müəyyənləşdirilməsi.

Üç saat davam edən intensiv hakaton ərzində komandalar ideyalarını inkişaf etdirərək texnoloji həllər hazırlayıb, onların funksionallığı üzərində çalışıblar. "Cursor Community" ilə yanaşı, Replit də iştirakçılara texniki dəstək göstərərək layihələrin hazırlanması prosesinə töhfə verib.

Hakatonun münsiflər heyətində “AzInTelecom”un Rəqəmsal həllər departamentinin bölmə rəhbərləri Yusif Əliyev və Toğrul Baxşəli, “Yusifli Tech” şirkətinin "senior full-stack developer"i Novruz Rəhimov, “North West Construction” şirkətinin AI mühəndisi Natiq Məmişov və ADNSU-nun Rəqəmsal texnologiyalar fakültəsinin dekan müavini Elçin Yusubov yer alıblar.

İş mərhələsinin sonunda hər komandaya hazırladığı layihəni təqdim etmək üçün iki dəqiqə vaxt ayrılıb. Təqdimatlar zamanı iştirakçılar öz həllərinin məqsədini, texniki imkanlarını və hansı problemlərin aradan qaldırılmasına yönəldiyini münsiflər heyətinə izah ediblər. Münsiflər heyətinin qiymətləndirməsindən sonra hakatonun qalibləri müəyyənləşib:

Belə ki, I yer – QuantumStack, II yer – Focus və III yer – "OfferGuard" komandaları qazanıblar.

Qalib komandalara “AzInTelecom” və “Alas Academy” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

ADNSU-nun təşkilatçılığı ilə keçirilən bu hakaton universitetin təhsil, innovasiya və praktiki fəaliyyət arasında əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır. Universitet gənclərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının inkişafına, onların real problemlərə innovativ həllər hazırlamasına və ideyalarını layihələrə çevirməsinə şərait yaradan platformalar formalaşdırır.

ADNSU innovasiya və sahibkarlıq mühitinin inkişafına, universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə və gənclərin texnoloji təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş fəaliyyətini davam etdirir.