1 nömrəli körpələr evində monitorinq aparılıb

11 Noyabr, 2026 - 10:34
1 nömrəli körpələr evində monitorinq aparılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı şəhəri 1 nömrəli körpələr evində monitorinq həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu tərəfindən müəssisənin inzibati otaqlarına baxış keçirilib, orada olan uşaqların yaşayış şəraiti, sağlamlığının qorunması, qidalanmasının təşkili  və hüquqlarının təmini vəziyyəti araşdırılıb.

1 nömrəli körpələr evinin rəhbəri tərəfindən Ombudsmanın nümayəndələrinə müəssisənin fəaliyyəti və buraya yerləşdirilən uşaqlarla bağlı ətraflı məlumat verilib.

Yekunda Monitorinq Qrupu tərəfindən qidalanmanın təhlükəsizliyinə nəzarət məqsədilə məhsulların nümunələrinin götürülüb saxlanılması, menyunun tərtibatı, dərman vasitələrinin saxlanma qaydaları və müəyyən edilmiş digər məsələlər üzrə müəssisə rəhbərliyinə tövsiyələr verilib, qanunvericilikdə uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair nəzərdə tutulmuş tələblər izah edilib.

1 nömrəli körpələr evində monitorinq aparılıb