ADNSU tələbəsi beynəlxalq hakatonda uğur qazanıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA Proqramları üzrə III kurs tələbəsi Muhəmməd Qasımov beynəlxalq “Caspian Hackathon 2026” texnoloji yarışmasında 3-cü yerə layiq görülüb.
ADNSU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 6–12 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində “Xəzər Dənizi Fəaliyyət Həftəsi 2026” (“Caspian Sea Action Week 2026”) çərçivəsində keçirilən yarışmada 80-dən çox komanda iştirak edib.
Məhəmməd Qasımov Bakı Ali Neft Məktəbinin (BANM) üç tələbəsi ilə birlikdə formalaşdırılan komandada AI/ML mühəndisi kimi fəaliyyət göstərib. O, layihənin texniki hissəsinin hazırlanmasında iştirak edib.
Məhdud vaxt çərçivəsində innovativ texnoloji həllərin hazırlandığı hakatonda müxtəlif universitetləri təmsil edən komandalar mübarizə aparıb. ADNSU və BANM tələbələrindən ibarət komanda yarışmanı 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, “Caspian Hackathon 2026” yarışı “Xəzər Dənizi Fəaliyyət Həftəsi 2026” çərçivəsində təşkil olunan beynəlxalq texnologiya tədbirlərindən biri olub. Yarışda 30 komandada 80 finalçı mübarizə aparıb.




