ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib

2 Oktyabr, 2026 - 12:29
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsində “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova insan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını qeyd edərək, bu istiqamətdə mübarizənin yalnız hüquq-mühafizə və aidiyyəti dövlət qurumlarının deyil, cəmiyyətin bütün institutlarının, o cümlədən təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. Dekan xüsusilə uşaqların insan alveri və digər istismar formalarınınpotensial qurbanı olmasının qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyətini vurğulayıb.

Seminar çərçivəsində insan alverinin mahiyyəti, onun qarşısının alınması və qurbanların müdafiəsi, uşaqların hüquqlarının və təhlükəsizliyinin təmin olunması, eləcə də təhsil müəssisələrində maarifləndirmə fəaliyyətinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda insan alveri hallarının erkən müəyyənləşdirilməsi, risk qruplarına daxil olan uşaqlara diqqətin artırılması, onların hüquqi savadlılığının yüksəldilməsi və təhsil müəssisələrində bu istiqamətdə sistemli maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar keçirilib