ADPU-da Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib

7 Oktyabr, 2026 - 15:57
ADPU-da Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib. İclasda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə və Şuranın üzvləri iştirak ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Təhsil Şurası İctimai Birliyinin fəaliyyəti, həyata keçirilən layihələr və müxtəlif qurumlarla əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə çıxış edərək Şuranın fəaliyyəti çərçivəsində görülmüş işlər, həyata keçirilən əməkdaşlıqlar və qarşıda duran təşəbbüslər barədə məlumat verib. Bildirilib ki, pedaqoji fəaliyyətin inkişafına, müəllimlərin peşəkar inkişafına və təhsil sahəsində qabaqcıl təcrübələrin təşviqinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi Şuranın əsas fəaliyyət istiqamətlərindəndir. Çıxış zamanı pedaqoqların peşəkar inkişafına dəstək göstərilməsi məqsədilə Pedaqoqlar Mərkəzinin yaradılması təşəbbüsü də diqqətə çatdırılıb. Qeyd olunub ki, belə bir platformanın yaradılması pedaqoqlar arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, onların peşəkar inkişafına və təhsil sahəsində yeni yanaşmaların müzakirəsinə imkan yarada bilər.

Daha sonra iclasda Şuranın fəaliyyətinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanları, pedaqoqların peşəkar inkişafına yönəlmiş təşəbbüslər və təhsil sahəsində aktual məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib. Həmçinin, qarşıdakı dövr üçün əməkdaşlığın inkişaf etdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.