ADPU-nun magistratura plan yerlərində böyük artım qeydə alınıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistratura plan yerləri 5 ildə 71%-dən çox artıb.
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, son illərdə universitetin magistratura üzrə plan yerlərinin sayı artaraq 2021/2022-ci tədris ilindəki 372-dən 2026/2027-ci tədris ilində 637-yə yüksəlib ki, bu da son 5 ildə ADPU-nun magistratura qəbul planında 71,24 faiz artım deməkdir.




