ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib

25 İyun, 2026 - 17:19
ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib

İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Quba şəhərində ali təhsil müəssisəsinin XXXI "Məzun günü" təntənə ilə qeyd edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan möhtəşəm tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Milli Məclisin deputatları — professor Əlibala Məhərrəmzadə və Azər Badamov, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və valideynlər iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə təzə tər çiçəklər düzülərək xatirəsi dərin ehtiramla yad olunub. Sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Yaşıl teatr”da davam edən tədbirdə Ulu Öndərin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

​Tədbirində çıxış edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Aliyev məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Direktor rəhbərlik etdiyi müəssisənin strateji hədəflərindən, təhsilin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal əmək bazarının tələblərinə cavab verən peşəkar kadr hazırlığından ətraflı bəhs edib.

​Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov regionun davamlı inkişafında savadlı gənclərin rolunu vurğulayıb, filialın son illərdə beynəlxalq tərəfdaşlıq və innovativ layihələr sahəsində qazandığı uğurların diqqət mərkəzində olduğunu bildirib.

​Mərasimdə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun səmimi təbriklərini çatdıran prorektor, professor Asəf Zamanov pedaqogika elminin müasir texnologiyalarla vəhdətindən bəhs edib. Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Azər Badamov insan kapitalının gücləndirilməsi, müəllimlik missiyasının dövlətçilik ənənələrinin qorunmasındakı müqəddəs rolunu diqqətə çatdırıbar.

Məzunlar adından çıxış edən Asiman Ramazanova və valideyn Elçin Nuriyev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və professor-müəllim heyətinə dərin minnətdarlıqlarını ifadə ediblər.

​Rəsmi hissənin sonunda yüksək akademik göstəriciləri ilə fərqlənən məzunlara və filialın səmərəli elmi-pedaqoji fəaliyyət göstərən müəllimlərinə fəxri fərmanlar təqdim olunub.

​Tədbirin bədii hissəsi Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlının moderatorluğu ilə davam edib. Bakı "Qalibiyyət" rəqs qrupunun ifasında nümayiş etdirilən milli rəqslər, gənc ifaçı "MadTeen"in canlı çıxışları və DJ Valerinin musiqi proqramı məzunlara unudulmaz anlar yaşadıb. Yüksək bayram əhvali-ruhiyyəsində keçən buraxılış mərasimi xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatmışdır.

​Bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara müstəqil həyatda və peşə fəaliyyətlərində layiqincə uğurlar arzulayırıq!

ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib
ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib
ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib
ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib
ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib
ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib
ADPU-nun Quba filialında təntənəli "Məzun günü" keçirilib