Ağstafa məktəbindəki insident araşdırılır - RƏSMİ

1 Oktyabr, 2026 - 13:01
Ağstafa məktəbindəki insident araşdırılır

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri arasındakı insidentlə bağlı araşdırma aparılır.

Bunu Qazax-Tovuz Regional Təhsil İdarəsi “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, məsələ ilə bağlı RTİ, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində zəruri tədbirlər görülür:

“Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, insidentin səbəbinin dərs bölgüsü olduğu iddia edilir. Hadisə zamanı müəllimlərdən birinin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.