Müəllimlər arasında “Zəka memarı” intellektual yarışı keçirilib

30 Sentyabr, 2026 - 14:37
Müəllimlər arasında “Zəka memarı” intellektual yarışı keçirilib

Ağstafa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Zəka memarı” intellektual yarışı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, yarışın əsas məqsədi müəllimlərin intellektual potensialının və dünyagörüşünün inkişaf etdirilməsi, şəhərsalma və memarlıq, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsi barədə biliklərinin artırılması olub.

Ağstafa rayonu Habil Əzizov adına Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Üç mərhələdən ibarət yarışın yekun nəticələrinə əsasən I yerə “Şuşa” komandası – Ağstafa rayonu Köçəsgər kəndi Hümmət Əlizadə adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, II yerə “Tağlar” komandası – Ağstafa rayonu Rafiq Alıcanov adına Köçvəlili kənd tam orta ümumtəhsil məktəbi, III yerə isə “Dəmir Yumruq” komandası – Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu kənd tam orta ümumtəhsil məktəbi layiq görülüb.