Ali məktəblərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı nə zaman olacaq?

3 Sentyabr, 2026 - 17:03
Ali məktəblərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı nə zaman olacaq?

Ali təhsil müəssisələrinin boş qalan (1760 yer)  plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr) qəbul olub.

Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.

Bildirilib ki, qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək davam edəcək.