Alixan Baimenov: Astana HUB-a üzv ölkələr DİM-in təcrübəsini öyrənir

10 Aprel, 2026 - 11:48
Alixan Baimenov: Astana HUB-a üzv ölkələr DİM-in təcrübəsini öyrənir

“Dövlət İmtahan Mərkəzinin təcrübəsi regionumuz və onun hüdudlarından kənara daim əhəmiyyətli təsir göstərib. Sizin təcrübəniz güclü maraq doğurur və Astana HUB-a üzv ölkələr tərəfindən öyrənilir: Astana Hub qarşılıqlı öyrənmə və zənginləşmə prosesini dəstəkləmək və asanlaşdırmaq üçün öz platformasını təqdim etməkdən hər zaman məmnundur”.

“Azərbaycan müəllimi”, xəbər verir ki, bu fikirləri Astana Dövlət Qulluğu üzrə Regional Xabin sədri Alixan Baimenov DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib. 

O bildirib ki, yeni texnologiyalar və süni intellektə əsaslanan innovasiyalar bütün sahələrə fəal şəkildə inteqrasiya olunur: “Məqsədimiz innovasiyanın həm texnologiyanın özünə, həm də dövlət institutlarımıza ictimai etimad yaratmasına xidmət etməsini təmin etməkdir. Etibarlı, şəffaf və innovativ qiymətləndirmə sistemlərinin qurulması birdəfəlik proses deyil, davamlı bir inkişaf yoludur”.