ATU-da innovasiyanın zirvəsi: “GreenTech III” regionun ən böyük startap yarışına çevrildi

25 Aprel, 2026 - 18:58
ATU-da innovasiyanın zirvəsi: “GreenTech III” regionun ən böyük startap yarışına çevrildi

Azərbaycan Texnologiya Universiteti (ATU), Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Respublikasının Gənclər Fondu (ARGF) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həmtəşkilatçılığı, “Eco Az Energy”, “Coca-Cola”, “ATS Food” MMC, “Bakcell” və Birbankın dəstəyi ilə “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edərək bildirib ki, “GreenTech III” müsabiqəsinin əsas məqsədi yaşıl texnologiyalar və ümumilikdə texnoloji yeniliklər sahəsində inkubasiya mühitinin inkişafına dəstək olmaq, ekoloji problemlərə innovativ həllər tapmaq və gəncləri davamlı inkişaf istiqamətində təşviq etməkdir. O vurğulayıb ki, bu cür təşəbbüslər gənclərin şəbəkələşməsinə, universitetlərarası əməkdaşlığın genişlənməsinə və innovativ bacarıqların formalaşmasına xidmət edir. Rektor əlavə edib ki, müsabiqə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə uyğun olaraq rəqabətli insan kapitalının və “yaşıl artım”ın təşviqinə töhfə verir.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, TİF-in şöbə müdiri Ramin Cəfərov, ARGF-in şöbə müdiri Nail Şükürov, ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış edərək bildiriblər ki, müsabiqə gənclərdə ekoloji düşüncə tərzinin formalaşmasına, ekoloji məsuliyyət hissinin artırılmasına mühüm töhfə verir. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərə nəzəri biliklərini praktikaya tətbiq etmək, eləcə də komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrindən 100 komanda “Alternativ enerji və təmiz dünya”, “Rəqəmsal həllər və robototexnika” və “İnklüziv və sosial innovasiyalar” olmaqla 3 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıb.

Yarışın kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Ali Neft Məktəbinin “Biosenatorlar”, Milli Aviasiya Akademiyasının “Dəmir qanad” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Ecob” komandaları əldə edib.

II yeri Bakı Dövlət Universiteti və Qarabağ Universitetinin “Nanotech”, Mingəçevir Dövlət Universitetinin “Agrorover” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Co-Brain Medical” komandaları tutub.

III yerə Xəzər Universitetinin “Yüksəliş”, Azərbaycan Texnologiya Universitetinin “Termal İnstruksiya” və Azərbaycan Kooperasiya Universitetinin “Kod21” komandaları layiq görülüb.

Həvəsləndirici yerlərdə isə Bakı Biznes Universitetinin “Pixel”, Sumqayıt Dövlət Universitetinin “SDU2” və Milli Aviasiya Akademiyasının “Synx Research” komandaları qərarlaşıb.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.