ATU-da qanvermə aksiyası keçirilib
Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” PHŞ tərəfindən Azərbaycan Texnologiya Universitetində Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil olunub. "Azərbaycan müəllimi" xəbər verir ki, Qan Bankının Gəncə Bölməsinin səyyar briqadasının təşkilatçılığı ilə baş tutan aksiyada universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Qeyd edək ki, aksiyanın məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə dəstək olmaq və cəmiyyət arasında könüllü donorluğun təşviqinə töhfə verməkdir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ölkədə donorluğun və qan xidmətlərinin inkişafına dair mühüm sərəncamlar və müvafiq fərmanlar qəbul edilib. 2005-ci il 8 fevral tarixində isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Talassemiyasız həyat naminə” proqramının başlanmasını elan edib.



